Fərid Nəbiyev dubl etdi

01:45 - 10 May 2021

Çexiya 2-ci liqasında 23-ci turun oyunları keçirilib.
 

Sportal.az xəbər verir ki, Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) evdə “Vlasim”lə qarşılaşıb və qalib gəlib - 3:1.
 
Fərid start heyətdə meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib. Komandasının ilk iki qolunu da Nəbiyev vurub. O, 20 və 38-ci dəqiqələrdə fərqlənib.
 
Bu nəticədən sonra 36 xala malik “Viktoriya” 4-cü pillədə qərarlaşıb.

 

Xəbər xətti