Mahir Emreli rekordunu yenilədi

11:45 - 10 May 2021

Mahir Emreli “Qarabağ”ın heyətində 70-ci qolunu vurub.

 

Sportal.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXVI turuna təsadüf edib. “Sabah”la görüşdə (4:0) fərqlənən hücumçu Ağdam təmsilçisində yubiley qoluna sevinib. 2015/16 mövsümündən “Qarabağ”da çıxış edən Mahir bu qollardan 58-ni Premyer Liqa, 7-sini ölkə kuboku, 5-ni avrokuboklarda rəqib qapısından keçirib.


“Sabah”la qarşılaşmadakı qol Emrelinin cari mövsüm Premyer Liqada 17-ci topu olub. Bununla da forvard karyerasının mütləq rekorduna imza atıb. O, 16 qola sevindiyi 2018/19 mövsümündəki göstəricisini arxada qoyub.

 

Xəbər xətti