Premyer Liqa ilə vidalaşdılar

13:13 - 10 May 2021

İngiltərə Premyer Liqasını tərk edəcək ikinci klub müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, “Şeffild Yunayted”dən sonra “Vest Bromviç” də yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq.

 

Premyer Liqanın 35-ci turunda səfərdə “Arsenal”a uduzan “Vest Bromviç”in sona üç tur qalmış elita ilə vidalaşacağı dəqiqləşib.

 

“Arsenal” – “Vest Bromviç” matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə başa çatıb.

Xəbər xətti