27-ci turu 5 futbolçu buraxacaq

15:15 - 10 May 2021

Premyer Liqanın 27-ci turunu 5 futbolçu cəza səbəbindən buraxacaq.

 

Sportal.az xəbər verir ki, "Qarabağ"dan Kevin Medina, "Neftçi"dən Mərt Çelik, "Sabah"dan Filip İvanoviç və "Keşlə"dən Anatole Abanq 26-cı turda sarı vərəqə limitlərini doldurubıar. Bu səbəbdən onlar 27-ci turda komandalarına kömək etməyəcəklər.

 

Bundan əlavə, "Sumqayıt"ın müdafiəçisi Cəmaləddin Xocaniyazov və "Sabah"ın məşqçisi Miloş Yevtiç də cəzalıdır.

 

27-ci turun oyunları mayın 14-də keçiriləcək.

Xəbər xətti