«Gələn mövsümün büdcəsi ilə bağlı konkret qərar hələ yoxdur».
Sportal.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş meneceri Zaur Əzizov deyib.
Bizdə olan məlumata görə, AFFA ilə «Qəbələ» arasında iki məsələdə yeni razılıq əldə olunub. Buna əsasən, əyalət təmsilçisi növbəti mövsümdən etibarən legionerlərin sayını azaldacaq və üstünlüyü öz akademiyasının yetirmələrinə verəcək.
Digər nnlaşma isə əvəzedi komandanın bərpasıyla bağlıdır. Bilindiyi kimi, «qırmızı-qaralar» 3 mövsümdür «dubl»dan imtina edib. Bölgə klubu maliyyə azlığınıı əsas göstərərək, əvəzedicilərin xərclərini ödəmək iqtidarında olmadığını elan eləyib.
AFFA indi bunları keçərli saymır. Çünki qurum tərəfindən «Qəbələ»yə növbəti yardım partiyasının ayrılmasına dair razılıq əldə olunub. Federasiya ötən yay olduğu kimi, gələn «futbol ili»ndə də «qırmızı-qaralar»a 1,5 milyon manat ödəyəcək.
Zaur Əzizov bununla bağlı son vəziyyəti açıqlayıb:
«Düşünürük ki, klubumuz eyni şərtlərlə və eyni mənbədən maliyyə almaqla yoluna davam edəcək. Akademiya və əvəzedici heyətlə əlaqəli məsələlər müzakirə olunmayıb.
Biz klub olaraq həmişə çalışmışıq ki, akademiyaya kifayət qədər diqqət ayıraq. Əlbəttə, imkan daxilində. Əvəzedici komandanın bərpası müzakirəyə açıq məsələdir. Hələ konkret qərar yoxdur».
saytlarin hazirlanmasi