Adı "Neftçi" ilə hallanan Təmkin Xəlilzadədən açıqlama

11:56 - 11 May 2021

Adı "Neftçi" ilə hallanan "Sabah"ın futbolçusu Təmkin Xəlilzadə transfer dedi-qodusuna münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı cinah futbolçusu mövsümün sonunadək "Sabah"ın oyunlarına kökləndiyini bildirib:

 

"Bir neçə gündür mətbuatda haqqımda yazılan xəbərləri təəccüblə oxuyuram. Nəzərinizə çatdırmaq istəyirəm ki, hazırda "Sabah" klubu ilə davam edən müqaviləm var. Bu səbəbdən hər hansı bir klub ilə danışmağım, müqavilə imzalamağım və anlaşmağım reallıqdan kənardır. İndiki halda sadəcə üzvü olduğum klubun oyunlarına köklənmişəm. Təkliflərə gəlincə, mövsüm bitdikdən sonra, götür-qoy edib qərar verəcəyəm və qərarımı sizə ilk olaraq mən xəbər edəcəyəm!"

 

Xəlilzadə bu mövsüm keçirdiyi 15 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti