"Liverpul"un vingeri Sadio Mane açıqlama verib.
Sportal.az xəbər verir ki, seneqallı futbolçu ən pis mövsümünü keçirdiyini deyib:
"Etiraf etməliyəm ki, bu mövsüm karyeramda ən pis idi. Sonda necə olacağını isə tam bilmirəm. Fiziki cəhətdən problem yaşadığımı düşünürdüm, buna görə müayinədən keçdim, ancaq hər şey normal çıxdı. Təəssüf ki, həyat belədir və yüksəlişlərlə yanaşı, enişlər də olur. Gözlənitlərin altında qaldım və buna görə məyusam. Yenidən yüksəlmək üçün əlimdən gələni edəcəyəm".
29 yaşlı futbolçu bu mövsüm keçirdiyi 44 oyunda 14 qol vurub, 7 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi