Divizionda gümüş və bürünc mükafatçılar müəyyənləşdi

20:20 - 11 May 2021

I Divizionun 2020/2021 mövsümündə gümüş və bürüncü mükafatçılar müəyyənləşdi.

 

Sportal.az xəbər verir ki, 26-cı turda “Turan Tovuz”un qonağı olan “Zaqatala” 2:1 qalib gələrək komandaların arasındakı xal fərqini 8-ə yüksəltdi. Bu nəticədən sonra “Zaqatala”nın gümüş medalların sahibi olacağı dəqiqləşib. Eyni zamanda, ən yaxın izləyicisi “Sabah-2”ni 3 xal qabaqlayan “Turan Tovuz” şəxsi görüşlərdə rəqibindən üstün olduğuna görə (1:1, 1:0, 3:3) sona 1 tur qalmış bürünc mükafatçı adına yiyələnib.


Ötən tur “Neftçi-2”nin I Divizionda 2020/2021 mövsümünün qalibi olması rəsmiləşib.

 

Xəbər xətti