Bəybalayevin komandası darmadağın oldu

22:49 - 11 May 2021

Gürcüstan çempionatında 13-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Vüqar Bəybalayevin formasını geyindiyi “Telavi” evdə Kutaisi “Torpedo”su ilə qarşılaşıb və məğlub olub – 0:4.

 

27 yaşlı futbolçu start heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib.

 

“Telavi” 8 xalla 10 komanda arasında sonuncu pillədə qərarlaşıb.

Xəbər xətti