"Azərbaycan millisində oynayaram, niyə də yox?!" - Sabir Buqrin

14:43 - 12 May 2021

“Neftçi”nin futbolçusu Sabir Buqrin “Neftçi” TV-də yayımlanan “Piramida” verilişinin qonağı olub.

 

Sportal.az xəbər verir ki, o, verilişdə komandasının bu mövsümkü çıxışı haqda bunları deyib:

 

“Düşünürəm ki, çox yaxşı mövsüm keçiririk. Yaxşı başlamasaq da, məşqçi dəyişikliyindən sonra hər şey yüksəlişə doğru dəyişdi və düşünürəm ki, yaxşı mənada nələrsə edə bilərik. Düşündüyümüz tək şey çempion olmaqdır. Tək hədəfimiz budur. Hər şey mümkündür. Bütün oyunlar bizim üçün final kimidir”.

 

Mərakeş əsilli belçikalı futbolçu arzusunun İspaniyada oynamaq olduğunu deyib. Buqrinin ən sevimli komandası isə “Barselona”dır:

 

“Arzum İspaniya La Liqasında oynamaqdır. İspaniya texniki cəhətdən ən çox bəyəndiyim futbol ölkəsidir. Ən çox bəyəndiyim komanda isə “Barselona”dır. Mən futbolu öyrənəndə Xavi Hernandesin, Andres İnyestanın oyunlarına baxmışam və məndə müəyyən təəssüratlar yaranıb. Belçikada akademiyada oynayanda hər şeyi “Barselona”lı futbolçulardan götürürdüm. Xavi, İnyesta kimi dönməyi, Lionel Messi, Pedro Rodriqes kimi qaçmağı izləyib, götürmüşəm. Mən hər şeyi onlardan öyrənmişəm. Onlar çox üst səviyyədədirlər”.

 

Buqrin Azərbaycan yığmasında oynamaq fikrinə də müsbət yanaşıb:

 

“Mərakeş yığması dəvət etməsə və mən də beş il Azərbaycan oynasam, niyə də yox? Burda özümü yaxşı hiss edirəm. Özümü turist, xarici biri kimi görmürəm”.

 

Buqrin 2020-ci ilin yayından “Neftçi”də çıxış edir. 24 yaşlı yarımmüdafiəçi bu mövsüm keçirdiyi 27 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə edib.

Xəbər xətti