İbrahim Qədirzadə "Dinamo"ya qarşı oynadı

01:01 - 13 May 2021

Gürcüstan çempionatında 13-cü turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, İbrahim Qədirzadənin çıxış etdiyi “Samtrediya” doğma meydanda "Dinamo" (Batumi) ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
 
21 yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.
 
“Samtrediya" 9 xalla 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti