Frenk Lempard yenidən İngiltərə Premyer Liqasında çalışa bilər.
Sportal.az xəbər verir ki, 42 yaşlı mütəxəssis “Kristal Pelas”ın baş məşqçisi təyin edilə bilər. London təmsilçisi çalışdırıcısı Roy Hocsonla mövsümün sonunda yollarını ayırmaq fikrindədir. "Qartallar" hazırda Lempardla danışıq aparır.
"Kristal Pelas" Premyer Liqada 35 turdan sonra 41 xalla 13-cü sıradadır. Lempardın son iş yeri "Çelsi" olub.
saytlarin hazirlanmasi