Pavel Paşayevlə bağlı yeni qərar

13:37 - 13 May 2021

Azərbaycan millisinin keçmiş üzvü Pavel Paşayev Ukraynanın “Aleksandriya” klubundan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı cinah müdafiəçisinin başa çatan müqaviləsi uzadılamaycaq.

 

“Aleksandriya” Ukrayna Premyer Liqasında mövsümü 8-ci pillədə tamamlayıb.

 

Paşayev 2017-ci ildən "marallar"da çıxış edirdi. O, başa çatan mövsüm keçirdiyi 23 oyunda 2 məhsuldar ötürmə edib.

Xəbər xətti