"Başakşəhər"in futbolçusu Azərbaycan millisindən imtina etdi

23:43 - 13 May 2021

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Əmrə Kaplan yığmada oynamaqdan imtina edib.

 

Sportal.az xəbər verir ki, 20 yaşlı türkiyəli müdafiəçi bu barədə İnstaqram hesabında paylaşım edib. O, Türkiyə yığmasında oynamaq üçün bu addımı atıb:

 

“Təşəkkürlər Azərbaycan. Azərbaycan millisinin formasını geyindiyim üçün çox qürurlu və xoşbəxt idim. Üzərimdə əməyi olan bütün məşqçilərə, birlikdə tər tökdüyümüz komanda yoldaşlarına minnətdaram. Dost və qardaş bir ölkənin gənclər komandasını tərk edərək bundan sonra “ay-ulduzlu” formanı tərlədəcəyimin həyacanını və qürurunu yaşayıram”.

 

Kaplan daha əvvəl U-19 millisində də çıxış edib. O, həm U-19, həm də U-21-də 3 rəsmi oyunda iştirak edib. Müqavilə ilə “Başakşəhər”ə məxsus olan futbolçu icarə əsasında “Bodrumspor”da çıxış edir.

Xəbər xətti