Elmar Baxşıyev: "Heç-heçə ədalətli nəticə idi"

20:43 - 14 May 2021

Azərbaycan Premyer Liqasının XXVII turunun “Qəbələ” – “Sabah” oyunundan (2:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

 

Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis matç barədə bunları deyib:

 

“Həm bizim, həm də “Sabah”ın avrokubok iddiası qalmasa da, hər iki komanda pozitiv və şən futbol nümayiş etdirdi. Sevindirici odu ki, komandamız 0:2 hesabı ilə məğlub durumda olduğu vaxtda da oyun nizam-intizamını qorudu və sonadək mübarizə apardı. Düşünürəm ki, heç-heçə ədalətli nəticə idi. Futbol emosiya oyunudu. Bizim və hakimlərin gördüyü fərqli ola bilər. Həmin epizodda mənə də, hamıya da 11 metrlik cərimə zərbəsi olduğu göründü. Hakimlik barədə danışmaq istəmirəm. Biz həftəlik tsikl qurur, rəqibə uyğun hazırlıq prosesi aparırıq. Hakimlər Komitəsi də referinin idarəçiliyini analiz etsə, qaydalardan kənar olsa belə, bizə səhv və düzgün qərarlar barədə məlumat versə, işimiz rahat alınar. Ümumilikdə isə bu gün hakim oyunu pozmadı, normal idarə etdi.  Arxada qalan 27 turda çox xal itirmişik. Bizim də, hakimlərin də səhvi olub. Bizi düşündürən komandanın oyunudu. Sevindirici odu ki, komanda meydanda nə istədiyini bilir. Oyuna sonradan daxil olan futbolçular komandaya güc qatdılar. Onların oyundan qopmadığı, fayda verməsi sevindiricidi”.

Xəbər xətti