Qurban Qurbanov: "Neftçi" ilə matç ən sərbəst çıxmalı oyun olacaq"

22:44 - 14 May 2021

Azərbaycan Premyer Liqasında XXVII turun "Qarabağ" - "Keşlə" oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, o, əvvəlcə 2:0 hesablı qələbəni belə şərh edib:

 

- Futbolçuolarımızı təbrik edirəm. Bu oyunlarda bir az soyuqqanlılıq həddən artıq çox vacibdis. Həmçinin səbrli olmaq. Futbolçular özlərini meydanda çox sərbəst, çox rahat hiss etdilər. Çox düzgün oyun qurmağa çalışırdılar. Vacibi olan budu ki, hazırlaşdığımız kimi oynadıq. Oyunu sona kimi belə sona çatdırdıq. Vacib olan üç xalı qazandıq. Sənan Qurbanova kubokda və çempionatda uğurlar aruzlayıram.

 

- Uzun illərdən sonra çempionluğun taleyi son tura qaldı. Həmin oyun haqda hansı fikirdəsiniz?
- Fərqli nüanslar var. Rahat da deyə bilərik. Əksinə, ola bilər ki, çətinlik də olsun. Amma inanın ki, bu bəlkə də çempionatda ən səbrəst çıxmalı oyun olacaq. Futbolçular da buna özlərini hazırlayacaqlar. Bu gün futbolçuların hazırlığı o səviyyədədi ki, özlərini ən yaxşı tərəfdən hazırlayacaqlar. Baxmayaraq ki, son oyundu, çempionluğun taleyi həll olunur, öz oyunumuzu oynamağa çalışacağıq.

 

- Bu mövsüm çempionluq əldən getsə, Qurban Qurbanov və "Qarabağ" üçün nəsə demək olacaq?
- İnanmıram ki, belə düşünən olsun. Mən və ya "Qarabağ" tək deyilik. İdman prinsipləri var. İlk olaraq qələbə haqda düşünürük. Mən bura gələndən rəhbərliklə birlikdə məqsədimiz hər oyun qalib gəlməyə çalışmaq olub. İşimizi əgər düzgün qururuqsa, tələblərimiz düzgündüsə, nəticə olacaq. Biz burda komandanı sevərək işləyirik və məusliyyətlə işləyiirk. Komandanın yaşaması, öz oyun üslubu olması, komandanın daima daha çox hücuma keçməsi, hücum futbolu oynaması hədəfimizdi. Nəticə də olacaq. Nə vaxtsa nəticə olmaya bilər. Amma daha çox olacaq.

 

- Mahirin penalti vurmasına icazə verdiz...
- Ürəyimdən keçdi ki, Mahir vursun. Heç vaxt belə olmamışdı. Qərar verəndə inanaraq, görərək veririk. Epizoddu da. Mahir oyundan daha çox qol vurur. Mahir penalti vurmaya bilər, amma onun öz bacarığından ustalıq keyfiyyətlərindən istifadə edər. Olur da. Elə futbolçular ən vacib məqamda penaltini vurmayıblar ki...

 

- Ozobiçin milliləşdirilməsinə münasibətiniz necədi?
- Bildiyim qədərilə maraqlanırdılar. Amma son vaxtlar belə bir şey eşitməmişəm. Məlumatım yoxdu. Fikirlərində olduğunu bilirdim.

 

- "Neftçi"nin fasilə ərəfəsində hesabı açması sizin üçün paltardəyişmə otağında gərginlik yaratdı?
- Ümumiyyətlə, həmin oyunu müzakirə etmədik.

 

- Filip Ozobiçin millidə oynayarsa, yerli statusu daşıyacaq. Bu sizin üçün hansısa üstünlük qazandıracaq?
- Gəncləri istisna etsək, bizdə yerli oyunçuların sayı azdı. Bir oyunçunun əlavə olunması, əlbəttə üstünlükdü. Millimiz üçün xeyirlidisə, faydalı verəcəksə, olsun.

 

- Son tura azarkeş buraxılmasından yana olarsınız?
- Bütün qərarlara hörmətlə yanaşmalıyıq. Arzumuzu odu ki, stadionlar dolsun. Ən doğrusu, hansıdısa o qərarı verəcəklər. Bizim hər hansı reaksiyamız yoxdu.

Xəbər xətti