Premyer Liqanın sonuncu - 28-ci turunda mayın 19-u keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu öncəsi hər iki klubun ən böyük azarkeş qrupları matça fanatların buraxılması üçün AFFA və PFL-ə müraciət ediblər.
Sportal.az xəbər verir ki, "İmarət Tayfa" və "Forze Neftçi" bu barədə paylaşıblar.
"Peşəkar Futbol Liqasından xahiş edirik ki, mövsümün son həlledici matçında stadiona məhdud sayda azarkeş buraxılması təmin olunsun!
PFL rəhbərliyinin mövsümün ən maraqlı matçının azarkeşsiz baş tutmaması üçün əlaqədar qurumlara müraciət etməsi labüddür!" - "İmarət Tayfa"nın sosial səhifəsində qeyd olunub.
"Forze Neftçi"nin müraciətində isə bu sözlər yer alıb: "Başda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA və digər aidiyyatı qurumlardan rica edirik ki, Azərbaycan Premyer Ligasının son turunda gerçəkləşəcək "Neftçi Bakı" - "Qarabağ" matçına azarkeşlər buraxılsın".
saytlarin hazirlanmasi