Mahir Emrelinin uğursuz penalti seriyası

“Qarabağ”ın futbolçusu Mahir Emreli Premyer Liqanın 2020/21 mövsümündə 2-ci dəfə penaltidən yararlana bilməyib.

 

Sportal.az xəbər verir ki, XXIV turun “Qəbələ” ilə qarşılaşmasında (5:0) imkanı qaçıran forvard XXVII turun “Keşlə” ilə matçında da (2:0) 11 metrlik nöqtədən xətaya yol verib.

 

Emreli son 5 mövsümdə ilk oyunçudur ki, çempionat ərzində iki penaltini qaçırır. Belə uğursuzluq yaşanmasına sonuncu dəfə 2015/16 mövsümündə təsadüf edilib. Həmin vaxt “Sumqayıt”da oynayan Ağabala Ramazanov hər iki şansı boşa verib.

 

Ümumiyyətlə, son 10 mövsümdə 6-cı dəfə belə hadisə yaşanıb. Mahirlə Ağabaladan başqa 2011/12 mövsümündə Flavinyo (“Neftçi”) və Miloş Zeçeviç (“Rəvan”), 2013/14 mövsümündə Junior Nildo (“Xəzər Lənkəran”), 2014/15 mövsümündə Nurlan Novruzov (“Bakı) iki 11 metrlik zərbədən yararlanmayıb.

 

Tarix: 16 May [11:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyun 2021
17  İyun 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio