Ayaz Quliyevin bu mövsüm oynamamasının səbəbi bəlli oldu

12:45 - 16 May 2021

Ayaz Quliyevin Rusiyanın “Spartak” klubunda oynamamasının səbəbi müəyyənləşib.

 

Sportal.az "Championat" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ağciyər xəstəliyindən əziyyət çəkdiyi üçün bu mövsüm oynaya bilməyib. O, xəstəliyə görə dərmanlar qəbul edib və bu da futbolçunun kökəlməsinə, formaya düşə bilməməsinə səbəb olub.

 

Ayaz 2019-cu ilin yanvarından “Spartak”da çıxış edirdi. Moskva klubu ötən həftə Quliyevin müqaviləsinə xitam verib.

 

Onun “Rostov”la müqavilə imzalayacağı gözlənilir.

Xəbər xətti