Keyn qərarını verdi - "Tottenhem"dən ayrılır

11:56 - 18 May 2021

"Tottenhem"in hücumçusu Harri Keyn komandadan ayrılmağa qərar verib.

 

Sportal.az xəbər verir ki, İngiltərə millisinin üzvü klub rəhbərliyini bu barədə məlumatlandırıb. "Sky Sports"un məlumatına görə, 27 yaşlı hücumçunun ilk seçimi Premyer Liqada kuboklar qazanan kluba getməkdir.

 

Keyn London təmsilçisində keçirdiyi 334 oyunda 220 qol vurub, 46 məhsuldar ötürmə edib.

Xəbər xətti