De Byazi: "İnanıram ki, "Qarabağ" tezliklə yenidən qurulmuş "İmarət"də oynayacaq"

17:11 - 20 May 2021

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Ağdama səfər edib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis özünün feysbuk səhifəsində "İmarət" stadionundan fotsunu paylaşaraq, bunları qeyd edib:

 

"Qarabağ"ın yerli stadionuna səfər etdim, hazırda "İmarət"dəyəm. Doğrudur, məlum səbəblərdən burda yalnız xarabalıqları görə bilirik. Ancaq mən inanıram ki, tezliklə "Qarabağ" burda yenidən qurulacaq stadionda oynaya biləcək".

 

May be an image of standing, outdoors and tree

May be an image of standing, outdoors and monument

Xəbər xətti