“Tottenhem”in hücumçusu Harri Keyn karyerasını "Mançester Siti"də davam etdirmək istəyir.
Sportal.az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb. 27 yaşlı hücumçu mövsümün sonunda "Tottenhem"dən ayrılmağa qərar verib.
.
Mançester təmsilçisi İngiltərə millisinin üzvünü komandadan ayrılacağı dəqiqləşən Serxio Aqueronun əvəzinə ala bilər.
Keyn London təmsilçisində keçirdiyi 334 oyunda 220 qol vurub, 46 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi