Mövsümün ən yaxşı qapıçısı seçildi

16:03 - 21 May 2021

Fransa Liqa 1-də mövsümün ən yaxşı qapıçısı məlum olub.

 

Sportal.az xəbər verir ki, bu, PSJ-nin futbolçusu Keylor Navasdı. Kosta-Rikalı qapıçı Fransa Peşəkar Futbolçular Assoasiasiyası tərəfindən mövsümün ən yaxşı qapıçısı seçilib.

 

34 yaşlı qolkiiper səsvermədə "Lill"dən Mayk Menyan, "Lion"dan Antonio Lopeş, "Marsel"dən Stiv Mandanda və "Monako"dan Benjamen Lekontu qabaqlayıb.

 

Navas bu mövsüm PSJ ilə Liqa 1-də 28 oyunda 18 qol buraxıb.

Xəbər xətti