Anatoli Nuriyev Ukraynanın “Minay” klubundan ayrılıb.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü azad agent statusu daşıdığını açıqlayıb:
“Minay”ın Premyer Liqanı tərk etməsinin səbəbi barədə danışmaq istəmirəm. İndi azad agentəm. Amma gələcəyimlə bağlı hələ bir əminlik yoxdur. Karyeramı daha da inkişaf etdirəcəyim klubda davam etdirmək istərdim. Bu klubun Ukrayna və ya başqa bir çempionatda olmasının fərqi yoxdur. “Kolos”a keçəcəyim barədə xəbərlər sadəcə söz-söhbətdir”.
24 yaşlı hücumameyilli futbolçu 2018-ci ildən “Minay”da çıxış edirdi
saytlarin hazirlanmasi