“Neftçi" 3 futbolçusu - Keysuke Honda, Əhməd Əhmədov və Rener Alveşlə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Samir Abasov “Neftçi TV”yə açıqlamasında bildirib.
Abasovun sözlərinə görə, Hondanın müqavilə müddəti başa çatıb və o, davam etmək istəməyib. Çempionluq qolunu vuran Əhməd Əhmədov isə müqavilə ilə məxsus olduğu Sofiya ÇSKA-sına qayıdacaq. Heyətə düşməyən Rener Alveşin gedişi bir müddət əvvəldən dəqiqləşmişdi.
Baş məşqçi əcnəbi hücumçu transfer edəcəklərini qeyd edib. O, digər mövqelərə də yerli və əcnəbi futbolçular axtardıqlarını söyləyib.