Kubokun finalı rəqəmlərin gözü ilə - statistika

12:19 - 23 May 2021

Mayın 24-də Azərbaycan kubokunda final oyunu keçiriləcək.
 
Sportal.az xəbər verir ki, “Bank Respublika Arena”da “Keşlə” və “Sumqayıt” üz-üzə gələcək. Peşəkar Futbol Liqasının rəsmi saytı üz-üzə gələcək cütün əvvəlki kubok oyunlarının balansını təqdim edib.
 
Azərbaycan kuboku
Final
24 may
 
“Keşlə” - “Sumqayıt” – 2 oyun, +1=1-0, top fərqi 2-1
 
Finalçılar indiyədək yalnız bir dəfə üz-üzə gəlib. 2017/18 mövsümündə rəqiblərin yolları yarımfinalda kəsişib. Hər iki görüşdə qol sevinci yaşayan “Keşlə” uduzmadığı duelin qalibi kimi finala yüksəlib.
 
2017/18 1/2 final Keşlə (Bakı) – Sumqayıt 1:0, 1:1.

Xəbər xətti