Bu gün Azərbaycan kubokunda 2020/21 mövsümünün final oyunu keçirilib.
Sportal.az xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan həlledici matçda “Keşlə” və “Sumqayıt” üz-üzə gəlib. 2:1 hesabı ilə qalib gələn Bakı təmsilçisi tarixində ikinci dəfə bu titula sahib çıxıb. Komanda eyni zamanda Konfrans Liqasına vəsiqə qazanıb.
“Sumqayıt” bu mövsüm Premyer Liqada bürünc medallara sahib çıxdığı üçün avrokuboklara vəsiqəni təmin etmişdi. “Keşlə” isə ölkə çempionatını 6-cı pillədə başa vumuşdu.
24 may
19:30. “Keşlə” – “Sumqayıt” - 2:1
Qollar: Miyusko Boyoviç, 3-avtoqol (0:1), Şəhriyar Əliyev, 37 (1:1), Miyusko Boyoviç, 57 (2:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
“Bank Respublika Arena”.