Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub.
Premyer Liqanın 28-ci turunun “Sabah” – “Zirə” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
28-ci turun “Keşlə” – “Qəbələ” oyununda “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
Oyunun 75-ci dəqiqəsində “Keşlə” klubunun futbolçusu Sezar Meza Kolli kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimələnir;
28-ci turun “Səbail” – “Sumqayıt” oyununda “Səbail” klubunun futbolçusu Adil Nağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimələnir;
28-ci turun “Neftçi” – “Qarabağ” oyununda hesab tablosu işlək vəziyyətdə olmadığı üçün meydan sahibi klub 800 manat cərimələnir;
“Neftçi” – “Qarabağ” oyununda mətbuat konfransının keçirilməsi üçün lazımi şərait yaradılmadığına görə meydan sahibi klub 800 manat cərimələnir;
“Neftçi” – “Qarabağ” oyununda dəhlizə “A buraxılışı” olmayan şəxslər daxil olduğu üçün meydan sahibi klub 800 manat cərimələnir;
“Qarabağ” klubunun futbolçusu Elvin Cəfərquliyev ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimələnir;
“Qarabağ” klubunun mühafizəçiləri əsasnamədə onlar üçün qadağan edilmiş stadion ərazisinə daxil olduqlarına görə klub 800 manat cərimələnir.
saytlarin hazirlanmasi