Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Türkiyə ilə sabah keçiriləcək yoldaşlıq oyunu öncəsi təşkil edilən mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis rəqibin daha ketfiyyətli olduğunu deyib:
"Sabah iki qardaş ölkənin komandası qarşı-qarşıya gələcək. Türkiyə millisinin çox yaxşı legionerləri var. Olduqca keyfiyyətli komandadır. Burada olduğum üçün sevinirəm. Rəqibə çətinlik yaşatmaq üçün əlimizdən gələni edəcəyik. Hər bir futbolçunun hazırkı durumunu görməliyik. Onları seçmə mərhələ oyunlarına hazırlamaq lazımdır. Düşünürəm ki, komandamız həm böyüyür, həm də inkişaf edir. Gələcəkdə hər şey daha yaxşı olacaq. Hər matçda əlimizdən gələnin ən yaxşısını edəcəyik. Əsas olan beynəlxalq arenada oyun təcrübəsi qazanmaqdır".
saytlarin hazirlanmasi