De Byazi: "Məncə, o qolları buraxmaya bilərdik"

00:00 - 28 May 2021

“Oyun ərzində bir neçə qol şansımız olsa da, bundan yararlana bilmədik. Standart vəziyyətdən iki qol buraxdıq ki, bu da məni çox əsəbləşdirdi. Məncə, o qolları buraxmaya bilərdik. Ümumilikdə isə, komanda pis oyun nümayiş etdirmədi. Futbolçulardan razı qaldım".

 

Sportal.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni de Byazi Türkiyəyə 1:2 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

 

"Heyətə gəlincə, Azərbaycan Kubokunun finalından sonra bəzi futbolçular yorğun olduqları üçün fiziki hazırlıqları daha yaxşı olan oyunçulara şans verdim. Finalda iştirak edən futbolçuların bu görüşdə 90 dəqiqə oynamaq iqtidarında deyildilər. Buna görə də bəzilərini sonradan meydana buraxdım. Qarşıdakı Belarus mllisi ilə oyun barədə isə indidən fikir bildirmək istəmirəm”.

Xəbər xətti