Qəbələ U-17 kubokunun qalibi oldu

10:40 - 28 May 2021

“Qəbələ” U-17 Kubokunu qazanıb.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” bu gün keçirilən final oyununda “Qarabağ”la qarşılaşıb. Bayıldakı “ASCO Arena”da keçirilən matçın əsas və əlavə vaxtı qalibi müəyyənləşdirməyib – 2:2.

 

Kubokun sahibi oyunsonrası penaltilər seriyasında bəlli olub. Daha dəqiq olan Zaur Hacıyevin çalışdırdığı "Qəbələ" 5:4 hesablı qələbə qazanıb. Qarşılaşmadan sonra “Qəbələ”nin futbolçularına medallar və kubok təqdim olunub.

Xəbər xətti