21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ikinci oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Özbəkistandan olan həmyaşıdları ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
U-21 millisi turnirin ilk oyununda Ukraynanı məğlub edib – 1:0.
Azərbaycan U-21 – Özbəkistan U-21 0:1
Qol: Cəsurbəy Cəloliddinov, 75
Azərbaycan: 1. Rüstəm Samiqullin, 2. Zamiq Əliyev, 3. Arsen Ağcabəyov, 20. Elçin Mustafayev, 18. Cəlal Hüseynov, 16. Ədilxan Qarəhmədov, 10. Veysəl Rzayev (11. Şakir Seyidov, 61), 8. Səbuhi Abdullazadə, 21.Vüsal Əsgərov (19. Asim Əlizadə, 61), 15. Camal Cəfərov (17. Rüfət Abdullazadə, 66), 6. İsmayıl Zülfüqarlı (9. Musa Qurbanlı, 61)
Ehtiyat oyunçular: 12. Əlirza Musatafazadə, 5. Rauf Hüseynli, 23. Rüfət Əhmədov, 4. Mert Çelik, 7. Turan Vəlizadə
Baş məşqçi: Milan Obradoviç.
saytlarin hazirlanmasi