"Tottenhem" hazırda PSJ-ni çalışdıran keçmiş baş məşqçisi Maurisio Poçettinonu komandaya qaytarmaq istəyir.
Sportal.az xəbər verir ki, London təmsilçisi artıq argentinalı mütəxəssislə əlaqə saxlayıb və ilkin danışıqlara başlayıb.
Məlumata görə, PSJ 1 il ərzində 2-ci dəfə baş məşqçi dəyişməyi düşünmür. Lakin Poçettino keçmiş komandasına dönmək arzusundadır. Bu səbəbdən 49 yaşlı mütəxəssisin ayrılıq istəyi reallaşa bilər.
Poçettino 2021-ci ilin əvvəlindən Paris klubunu çalışdırır. O, 2014-2019-cu illərdə "Tottenhem"in baş məşqçisi olub.
"Tottenhem"də Joze Mourinyo ilə yollar ayrıldıqdan sonra komandanı müvəqqəti olaraq Rayan Meyson çalışdırır.
saytlarin hazirlanmasi