Bu gün UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün final matçı keçirilib.
Sportal.az xəbər verir ki, həlledici matçda İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları üz-üzə gəliblər Portuqaliyanın Portu şəhərindəki “Draqau” stadionunda keçirilən matçın taleyini 1 qol həll edib.
42-ci dəqiqədə Kay Havertsin vurduğu qol "Çelsi"yə qələbə qazandırıb. London təmsilçisi tarixində 2-ci dəfə Çempionlar Liqasının qalibi olub.
Çempionlar Liqası, final
29 may
"Mançester Siti" (İngiltərə) – "Çelsi" (İngiltərə) - 0:1
Qol: Kay Haverts, 42
Baş hakim: Antonio Mateu Laos (İspaniya).