28 May – Respublika Günündə ölkə başçısı İlham Əliyev Ağdam səfər edib.
Sportal.az xəbər verir ki, o, şəhərin baş planı ilə tanış olub. Sonra prezident Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
İlham Əliyevin tapşırığına əsasən, stadion tikintisi nəzərdə tutulub. Tamaşaçı tutumu 30 min nəfərdən çox olacaq. İdman qurğusu standartlara uyğun inşa ediləcək. Dövlət başçısı bununla bağlı deyib:
“Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda, mənim göstərişimlə Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Adı İmarət olacaq. Amma İmarəti də biz yenidən bərpa edəcəyik. Çünki o, cıdır kimi nəzərdə tutulmuşdu, ona görə biz onu elə cıdır formasına salacağıq.
Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası mənə təqdim edildi. Yer seçildi və həm Zəfər, həm İşğal muzeyləri çox möhtəşəm olacaq. Digər obyektlər, digər tədbirlər, böyük meşə sahəsinin təməli qoyuldu. Atçılıq kompleksini biz Ağcabədidə qurduq, bilirsiniz, amma birini də burada quracağıq, öz tarixi yerində. Ağdam bütün Qarabağın təhsil mərkəzi olacaq”.
saytlarin hazirlanmasi