MOİK Premyer Liqaya gətirilə bilər

11:40 - 30 May 2021

Bir müddət bundan öncə milli üzvü olan gənc futbolçuların hərbi xidmətlərini MOİK-də keçmələri ilə bağlı məsələ müzakirə olunmuşdu. Klublar Komitəsinin sədri Riad Rəfiyev bununla bağlı bəzi addımların müzakirə ediləcəyini də bildirmişdi. Məsələnin yenidən aktuallaşması isə milli üzvülərinin, ümumiyyətlə, milliyə namizəd olan gənc futbolçuların hərbi xidmət dövründə formalarını saxlamaq zərurətindən irəli gəlmişdi.

 

Sportal.az xəbər verir ki, məsələnin AFFA-da rəhbərlik səviyyəsində müzakirə olunması, hətta bununla bağlıı Müdafiə Nazirliyi ilə danışıqların aparılması da nəzərdə tutulub.

 

Hətta daha bir məlumata görə, MOİK-in növbəti il üçün Premyer Liqaya gətirilməsi də müzakirə mövzusudur. Çünki I Divizionun səviyyəsi xeyli aşağı olduğundan hansısa milli üzvünün orada forma saxlamaq, artırmaq imkanı yoxdur. Bu mənada federasiya “hərbçilər”in elitaya gətirilməsi və milli üzvülərinin də elitada forma geyinməsini təmin etmək istəyir. Amma bütün bunlar uzun müzakirələr tələb edir. Yəni məsələdə tək AFFA-nın yox, MN-nin də razılığı olmalıdır. Eyni zamanda, məsələnin maliyyə tərəfini də həll etmək mütləqdi (rekord.az).

Xəbər xətti