"AFFA-dan "Qəbələ" klubunun rəhbərliyinə bu barədə məlumat verilib, amma..."

22:36 - 30 May 2021

Bu barədə rəsmi məlumat olmasa da, deyilənlərə inansaq, gələn mövsümdən “Qəbələ”, “Zirə” və “Səbail” klubları da divizon çempionatında təmsil olunmalıdırlar. AFFA bunu adıçəkilən klubların qarşısına şərt kimi qoyub. Məsələyə aydınlıq gətirmək üçün “Qəbələ” Futbol Akademiyasının direktoru Nail Kərimova müraciət etdik. 


Sportal.az saytına açıqlama verən Nail bəy belə bir məsələnin gündəmdə olduğunu, lakin hələ dəqiqləşmədiyini dedi: 


“ Bəli, AFFA-dan “Qəbələ” klubunun rəhbərliyinə bu barədə məlumat verilib, amma ilk növbədə maliyyə məsələləri yoluna qoyulmalıdır. Futbolçu potensialı baxımından heç bir sıxıntımız yoxdur. Yəni, maliyyə məsələləri yoluna qoyulsa, növbəti mövsüm divizion çempionatında təmsil oluna bilərik”.  

 

Xəbər xətti