AFFA Divizion klublarına sponsor axtaracaq

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra Premyer Liqada növbəti mövsüm də 8 komandanın iştirak edəcəyi dəqiqləşib.. Bununla bağlı qərarda bildirilir:

 

Növbəti mövsüm üçün Birinci Divizion klublarından heç birinin Premyer Liqa ilə bağlı lisenziya şərtlərini yerinə yetirə bilməməsi və pandemiya ilə bağlı ortaya çıxan çətinliklər nəzərə alınaraq, Premyer Liqada növbəti mövsüm də ötən mövsüm çıxış etmiş komandalar iştirak etsin.

 

Bundan başqa, 2021-2022-ci il mövsümündən başlayaraq I Divizionda çıxış edən ən azı 2 kluba 2022-2023-cü mövsümündən etibarən sponsorların tapılması məqsədilə AFFA tərəfindən çalışmalara başlanılmasına tapşırıq verilib. Buna səbəb kimi klubların sponsor tapmaqda çətinlik çəkməsi göstərilib.

Tarix: 31 May [19:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5 Avqust 2021
4  Avqust 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio