Millinin oyunu moldovalı hakimlərə tapşırıldı

10:42 - 2 İyun 2021

Bu gün Azərbaycan və Belarus milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşma Moldovadan olan hakimlər briqadasına həvalə edilib. Matçın baş hakim Dumitru Muntean olacaq. Ona Vadim Vikol və Vladislav Lifciu kömək edəcək.

 

Bu gün Minskdəki "Dinamo" Milli Olimpiya Stadionundakı matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər xətti