U-20 bərpa olundu – millilərin baş məşqçiləri yerlərini dəyişdi

10:31 - 3 İyun 2021

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yenidən bərpa olunub.

 

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun gedişindən sonra fəaliyyəti dayandırılan U-20-yə yeni baş məşqçi təyin edilib.

 

U-21 millisi üçün oyunçu hazırlamaqdan məsul olan bu komandaya Samir Əliyev baş məşqçi təyin olunub. Bu da aşağı yaş qrupu üzrə yığmaların baş məşqçi yerdəyişmələrinə səbəb olub. Yalnız U-21 və əsas yığmaların çalışdırıcıları postunda qalıb.


Digərləri - Aqil Nəbiyev U-16-dan U-17-yə, Miloş Velebit U-17-dən U-18-ə, Elxan Abdullayev isə U-18-dən U-19-a keçid edib. Adıçəkilən mütəxəssislər sərəncamlarında olan oyunçularla birlikdə bir yaş qrupu yuxarı milliyə yüksəlib.

 

U-21 yığmamıza Milan Obradoviç, əsas milliyə isə Canni de Byazi rəhbərlik edir (apasport.az).

Xəbər xətti