Beynəlxalq Futbol Tarixi və Statistikaları Mərkəzi (IFFHS) Avropa çempionatında və seçmə mərhələlərində iştirak edən ən gənc futbolçuların siyahısını tərtib edib.
Sportal.az xəbər verir ki, cədvəldə Azərbaycan millisinin oyunçusu Vaqif Cavadov da yer alıb. Sıralamanın 9-cu pilləsində qərarlaşan futbolçu yığmada debütünü 2006-cı il sentyabrın 2-də 17 yaş 100 günlüyündə olarkən Serbiyaya qarşı matçda (0:1) edib.
Siyahıya Norveç millisinin futbolçusu Martin Edeqor başçılıq edir. O, 15 yaş 300 günlüyündə Bolqarıstanla görüşdə meydana daxil olmaqla yığmada ilk oyununu keçirib.
saytlarin hazirlanmasi