“Çelsi” baş məşqçi Tomas Tuxelin müqaviləsini uzadıb.
Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssislə 2024-cü ilin iyunun 30-dək sözləşmə imzalanıb.
Tuxel yanvarda London təmsilçisinin baş məşqçisi təyin edilib. Komanda 47 yaşlı mütəxəssisin rəhbərliyi ilə Premyer Liqada mövsümü 4-cü bitirib, Çempionlar Liqasında isə qalib olub.
saytlarin hazirlanmasi