"Serbiyada 2 qat güc sərf etdik, amma sərfəli nəticə ilə qayıda bildik"

11:28 - 25 İyul 2021

“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov Sportal.az saytına açıqlama verib.

 

Təcrübəli müdafiəçi komandasının Konfrans Liqasının ikinci təsnifat mərhələsinin “Çukariçki” ilə ilk görüşü barədə danışıb. O, “Sumqayıt”ın Serbiya klubunu mübarizədən kənarlaşdıracağına inandığını dilə gətirib:

 

“Komandada hər şey qaydasındadı. Serbiyadakı oyundan əvvəl də komanda şəklində inamımız var idi. İndi də, mərhələni keçəcəyimizə inam yerindədi. Allah qoysa, istəyimizə çatarıq. “Çukariçki” yaxşı komandadı, amma keçiləsi rəqibdi. Biz inanaraq bu yerlərə gəlmişik. Serbiya klubunu yaxşı mübarizə hesabına keçə bilərik”.

 

Hüseynov komandasının ilk oyunda güc sərf etməsinə baxmayaraq, cavab qarşılaşmasına qədər daha yaxşı durumda olacağına bildirib: "Serbiyadakı matçda çox güc sərf etdik. Deyədim ki, meydanda 2 qat güc qoyduq. Amma sərfəli nəticə ilə qayıda bildik. Hələ ki, vaxt var. Yorğunluğumuz çıxacaq, oyuna qədər tam hazır olacağıq. Əsas məqsədimiz bu mərhələni keçməkdi. Bu baş tutandan sonra o biri oyuna hazırlaşmağa vaxtımız olacaq. Kollektiv olaraq “Çukariçki” matçına köklənmişik”.

Xəbər xətti