Veynaldum "Liverpul" cəbhəsini qıcıqlandırdı - "Xoşuna gəlmirsə, hesabını bağla"

13:48 - 25 İyul 2021

PSJ ilə müqavilə imzalayan Corcino Veynaldum "Liverpul"dan ayrılmağının səbəbini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Niderland millisinin üzvü komandada sevilmədiyi üçün ayrıldığını deyib:

 

"Hər məşqdə maksimum şəkildə çalışmışam. "Liverpul" mənim üçün hər şey deməkdir, amma zaman-zaman sevilmədiyimi və hörmət qoyulmadığını gördüm. Komanda yoldaşlarım və azarkeşlərin məni sevdiyini bilirəm. Mətbuat heç vaxt mənə dəstək olmadı, yazırlar ki, "Liverpul" yüksək məbləğ təklif etmədiyi üçün klubda qalmamışam. Azarkeşlər də buna inadılar və düşündülər ki, maliyyə şərtlərində razılaşmadığım üçün son mövsüm yaxşı çıxış etmədim".

 

30 yaşlı yarımmüdafiəçinin "Liverpul" cəbhəsini qıcıqlandıran açıqlamasına "qırmızılar"ın əfsanəvi futbolçusu Ceymi Karraqerdən sərt münasibət gəlib. O, tvitter hesabında bunu qeyd edib:

 

"Veynaldumu çox istəyirəm, amma söylədikləri düz deyil. Sosial media sirkdir və hər klubun öz klounları var. Əgər bəyənmirsinizsə, sosial medialarınızı silin! Sən çox pul istədin və klub da vermədi, vəssalam! Bu mövzu çox sadə məsələdir".

 

Veynaldum 2016-2021-ci illərdə "Liverpul"da çıxış edib.

Xəbər xətti