"Hazırlıq çox yaxşı gedir, yaxşı kollektivimiz var. Günü-gündən özümü daha rahat hiss edirəm".
Bu sözləri Sportal.az saytına açıqlamasında “Keçiörengücü”də çıxış edən Vüsal İsgəndərli deyib.
Bir müddət əvvəl “Keşlə”dən ayrılaraq Türkiyə klubuna keçən millimizin futbolçusu yeni mövsümün hazırlıqları ilə bağlı danışarkən, gələn ay birinci liqanın ilk turunda qarşılaşacaqları “Altınordu” matçına da toxunub:
“Doğrudu, avqustun 13-də ilk tur keçiriləcək. Bizim də ilk turdakı rəqibimiz “Altınordu”du. Amma indidən hələ həmin oyun haqda danışmaq tezdi. Biz indi hazırlıq mərhələsi barədə düşünürük. Birinci liqada məqsədimiz bəllidi. Öncə yaxşı kollektiv formalaşdırmaq, daha sonra yüksək yerlər uğrunda mübarizə aparmaqdı”.
İsgəndərli, Ankarada özü üçün kirayə qalacağı evləri gözdən keçirdiyini də söyləyib: “Hələ ki, ev tutmamışam. Toplanış sona çatandan sonra ev tutacam. Amma belə, evlərə baxıram. Tək qalacam, ancaq ailəm də gələ bilər yanıma. Ankarada cəmi 2 gün olmuşam. Çünki ancaq toplanışda olduq, məşqlər başladı. Bir aya yaxındı ki, buradayam. Türkiyəyə öyrəşmək çətin olmaz”.
saytlarin hazirlanmasi