"Rusiyada 0:3 uduzsaq da, hələ heç nə bitməyib"

14:42 - 25 İyul 2021

“Soçi” ilə oyunda məğlubiyyətimizə səbəb nə oldu ? Elə bir şey yoxdu. Sadəcə oyunumuz alınmadı. Halbuki, oyuna yaxşı başlamışdıq".

 

Bu sözləri Sportal.az saytına açıqlamasında “Keşlə”nin futbolçusu Tural Axundov deyib.

 

Futbolçu, komandasının Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Soçi”yə 0:3 hesabı məğlub olmaqlarından danışıb. Axundovun fikrincə, ilk oyundakı məğlubiyyətə baxmayaraq, komandası Bakıda istədiyi nəticəni qazanmaq üçün mübarizə apara biləcək:

 

“Soçi”nin onsuzda güclü olduğunu bilirdik. Həqiqətən də yaxşı komandadı. Bilirsiz, “Soçi” sadəcə olaraq əllərinə düşən fürstərlədən istifadə edib, qollar vurdu. Lakin Rusiyadakı 0:3 hesablı məğlubiyyətə baxmayaraq heç nə bitməyib. Nə olursa-olsun bütün gücümüzü meydanda qoyacağıq ki, yaxşı nəticə olsun.

 

İndidən heç nə demək istəmirəm. Ancaq onu dəqiq deyə bilərəm ki, Bakıdakı oyunda fərqli "Keşlə" görəcəksiniz. Səhvlərimizdən nəticə çıxarıb, onları aradan götürməliyik ki, evdəki matçda "Soçi"yə qarşı yaxşı oyun göstərək".

 

32 yaşlı futbolçu “sünii örtüklü meydança sizin üçün üstünlük, rəqibə problem yarada bilər?” sualına isə bu cür cavab verib: “Hər şey edəcəyik ki, qalib gələk. Buna komanda inanır. Sona qədər mübarizəmizi aparacağıq. Yenə deyirəm hələ heç nə bitməyib. Sünii örtüklü meydançanın “Soçi”yə problem yaradacağını düşünmürəm”.

 

Xəbər xətti