Qarşıdakı mövsüm Azərbaycan Premyer Liqasında iddialılar sırasında yer almaq istəyən “Sabah” yay “transfer pəncərəsi” zamanı diqqətçəkən iki tranfsferi heyətinə qata bilib.
Xuan Kamara ilə yanaşı Masazır təmsilçisi Konqo əsilli almaniyalı futbolçu Coy Lans Mikkelsi ölkəmizə dəvət etdi.
1994-cü il Almaniya doğumlu olan futbolçu Münhenqladbax “Borussiya”sının yetirməsi hesab edilir. “Sabah”a böyük ümidlərlə gətirilən almaniyalı futbolçu indiyə qədər heç vaxt yüksək liqalarda oynamayıb. “Borussiya”nın yetirməsi hesab edilsə də, əsas komandasında debüt etmək də ona qismət olmayıb. Amma buna baxmayaraq, o, karyerası ərzində dünya futbolunun tanınmış simaları ilə komanda yoldaşı olmağı bacarıb.
Maraqlı məqamlardan biri odur ki, “Sabah”ın yeni transferinin peşəkar oyunlara çıxdığı vaxtlarda komanda yoldaşlarından biri futbolumuza yad olmayan biridi. Bir ara Azərbaycanın U-21 yığmasında aparıcı oyunçulardan hesab edilən, daha sonra “yoxa çıxan” Bilal Sezər Mikkelsə “Borussiya”nın həm aşağı yaş qruplarında, həm də ikinci komandasında birlikdə çıxış edib. Bilalla yanaşı, Mikkels indi Türkiyə millisinin və “Fənərbaxça”nın müdafiəçi olan Nazim Sanqare ilə də məhz Münhenqladbax klubunda birlikdə oynayıb.
“Borussiya”nı tərk etdikdən sonra yollanan futbolçu “Şalke” ilə müqavilə imzalayıb. Helzenkirhen təmsilçisinin də yalnız ikinci komandasında oynamış Mikkels burada da tanınmış futbolçularla birlikdə top qovub. 2014/2015 mövsümündə o, Almaniya millisinin sabiq üzvü Cerald Asamoa ilə birlikdə oynamağa vaxt tapıb. Ardınca isə, növbəti turlarda “Arsenal”ın müdafiəçii Sead Kolasinaç, Almaniya millisinin sabiq üzvü Sideny Samla “Şalke”nin ikinci komandasında forma geyinib.
Qarşıdakı mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edən yarımmüdafiəçi “Şalke”də son olaraq, 2015/2016 mövsümündə hazırda “Bavariya”ya məxsus olan Aleksandr Nübel və PSJ-də oynayan Tilo Kehrerlə dostlaşıb. Son mövsümü Niderlandda, aşağı liqa klubu “Masstrix”də keçirən Mikkels 27 oyuna 7 qol vurub. Bu klubda isə o, ötənlərin məşhur futbolçusu Van Bommelin oğlu olan Tomasla komanda yoldaşı olub.
Yeri gəlmişkən, Coy ailədə tək futbolçu deyil. Onun əkiz qardaşı Coy-Slayd və kiçik qardaşı Leroy-Cak Mikkels də futbolçudu. Hər üç oyunçu “Borussiya”nın U-19 komandasına kimi birlikdə oynamağa nail olublar. “Sabah”ın yeni transferinin əkiz qardaşı hazırda, Almaniya aşağı liqa klubu “Germania Hilfart”da, kiçik qardaşları Leroy isə “Türkgücü Münhen”də çıxış edir.
saytlarin hazirlanmasi