"Sabah" klubu heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.
Sportal.az-ın əldə etdiyi məlumata görə, Gürcüstanda təlim-məşq toplanışında olan paytaxt təmsilçisi Azərbaycan əsilli Rusiya vətəndaşı olan İldar Alekberovu düşərgəsinə çağırıb. 20 yaşlı forvardla müqavilə imzalanıb-imzalanmayacağı yaxın günlərdə dəqiqləşəcək.
Son mövsümü "Nefteximik"də keçirən forvard hazırda azad agent statusundadır.
saytlarin hazirlanmasi