“Qarabağ”ın “Aşdod”la oyununun çətin keçəcəyini demişdim. Amma təbii ki, keçiləsi komandanı keçmək lazımdı”.
Bu sözləri Sportal.az saytına açıqlamasında uzun illər Azərbaycanda futbol oynamış, hazırda İsraildə yaşayan Emil Kitelman deyib.
Karyerası ərzində həm Azərbaycan, həm də İsrail klublarında çıxış etmiş Kitelman Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın “Aşdod”a qarşı keçirdiyi ilk oyundan danışıb. Onun fikrincə, Ağdam klubuna İsraildə daha çətin olacaq: “Əslində “Aşdod” İsrailin ortabab komandasıdı. “Neftçi” “Dinamo”(Tbilisi) klubunu hər iki oyunda da məğlub etdi. İsrailin ən güclüsü “Makkabi”(Hayfa) isə “Dinamo”nu çətinliklə uddu.
Nəzərə alın ki, “Makkabi” “Aşdod”dan güclü komandadı. Təbii ki, hər şey futbolçuların oyuna necə yanaşacağından asılıdı. İstənilən halda mən düşünürəm ki, İsraildə “Qarabağ” üçün daha çətin olacaq. İndi favorit “Aşdod”du. Statistika da göstərir ki, son illərdə Azərbaycan klubları İsrail klublarını keçə bilməyib. Komandalarımız üçün İsraildə oynamaq çətin gəlir”.
saytlarin hazirlanmasi