"Sabah-2"nin baş məşqçisi: "Bu mövsüm də gənclərə üstünlük verəcəyik"

12:45 - 26 İyul 2021

"Sabah-2"nin baş məşqçisi İlqar Mənsimov Sportal.az saytına açıqlama verib.

 

37 yaşlı mütəxəssis yeni mövsümün hazırlığı barədə məlumat verib: "İyulun 12-si təlim-məşq toplanışına başlamışıq. İlk iki həftədə bir gündən bir yüngül məşqlərimiz olub. Artıq bu gündən fiziki hazırlığa başlayırıq. Məşqlərimiz Masazırda keçirilir.

 

Bakını tərk etməklə bağlı qərar verməmişik. Əsas komandamız Gürsüctandadı. Onlar qayıdandan sonra birlikdə qərar verəcəyik. Yoxlama oyunları keçirməyi planlaşdırırıq. Ayın 30-dan etibarən hər həftənin cümə günü oyun keçirəcəyik. İlk matçımız “Səbail”ə qarşı olacaq.

 

3 oyunçu ilə yollarımızı ayırdıq, 6 futbolçumuz əsas komanda ilə Gürcüstana təlim-məşq toplanışına gedib. Oradan qayıdandan sonra kimlərin əsas komandada qalacağı bəlli olacaq. Çox güman ki, Camal Cəfərov və Arsen Ağcabəyov əsas komandada qalacaq. Qərarı əsas komandanın baş məşqçisi verəcək.

 

İlqar Mənsimov növbəti mövsümdə də gənclərə üstünlük verəcəyini bildirib: "Bizim komandamız gəncdi. Bu mövsüm də gənclərə üstünlük verəcəyik. U-19 komandasından heyətə futbolçular cəlb etmişik. Daha gənc, 2004-2005-ci il təvəllüdlü futbolçuları da heyətimizdə görəcəksiz.

 

Qarşımıza qoyulan əsas məqsəd ötən mövsüm olduğu kimi futbolçular hazırlayıb əsas komandaya verməkdi. Gözəl oyun, taktiki cəhətdən komandanın hazır olmağı bizim üçün daha vacibdi. Çempionatı konkret hansısa pillədə bitirmək bizə deyilməyib".

Xəbər xətti